Bu günlərdə yeni nəsil bərkgedən BMW M5 (F90) sedanının müstəqil dizaynerlər tərəfindən hazırlanmış təsvirləri dərc edilmişdir. Bərkgedən sedanın kütləvi təqdimat mərasimi Frankfurt avtosalonunda keçirilə bilər.

Yeni nəsil BMW M5 sedanının görüntülərini Bimmerpost nəşri yaymışdır. Təsvirlərin müəlliflərinin fikrinə görə, bərkgedən sedan daha aqressiv aerodinamik kuzov dəstinə,karbondan hazırlanmış arxa görüntü güzgülərinə, iri təkər disklərinə, optimallaşdırılmış arxa diffuzora, xrom işləmələrə və iri boruları olan buraxılış sisteminə malik olacaqdır. Növbəti nəsil BMW M5 sedanının gücü 600 at qüvvəsi olan 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Güc aqreqatının M DCT transmissiyası ilə birgə çalışacağı, həmçinin M5 modelin tarixində ilk dəfə olaraq xDrive tam çəkiş sistemi ilə təchiz ediləcəyi güman edilir. Güman edirik ki, yeni M5 modelinin F10 indeksli sələfindən daha yeyin olacağının isbata ehtiyacı yoxdur.  

Image alt Image alt Image alt Image alt