SsangYong şirkəti Seulda keçirilmiş avtosalonda Rexton modelini rəsmi olaraq təqdim etmişdir. Bayraqdar ofroder yüksək sərtlikli poladdan hazırlanmış ramaya, iki mühərrikə və müasir sistemlərə sahib olmuşdur.

Zahiri cəhətdən yeni ofroder LİV-2 konseptinə çox bənzəyir. Bununla belə, seriya modeli konseptdən işıq teniksasının detalları və aerodinamik kuzov dəsti ilə seçilir.

Eksteryerin maraqlı xüsusiyyətlərindən biri də 20-düymlük təkər diskləridir. Yeni ofroder 4850 millimetrlik uzunluğa, 1920 millimetrlik enə və 1800 millimetrlik hündürlüyə malikdir. Beləliklə, yeni ofroder sələfindən 95 millimetr uzun, 20 millimetr enli və 40 millimetr alçaqdır. Təkər bazasının uzunluğu 2865 millimetr (+30 millimetr) təşkil edir. Standart olaraq Rexton modeli arxadan çəkişli olacaqdır. Opsional tam çəkiş sistemi ön öxun sərt şəkildə qoşulmasını, aşağı ötürməni və elektron idarəetməni nəzərdə tutur. Ofroder öndə iki köndələn qollu, arxada isə çoxqollu asma sistemi ilə təchiz edilmişdir. Yeni SsangYong Rexton satış bazarından aslı olaraq 181 at qüvvəli 2,2-litrlik dizel aqreqatı və 225 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir.

Benzin mühərrik Mercedes-Benz şirkətinin yeddi pilləli «robotu», dizel mühərriki isə Aisin istehsalı olan 6-pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışacaqdır.

Əlavə ödəniş etməklə yeni Rexton ofroderini İnfinity audiosistemi və 9,2-düymlük displeyi olan multimedia sistemi, həmçinin hündürlükdən avtomobili göstərən dairəvi görüntü funksiyası ilə sifariş etmək olar. Bundan başqa, avtomobil nappa dərisi ilə örtülmüş salona, doqquz təhlükəsizlik yastığına, təcili əyləcləmə funksiyası daxil olan sürücüyə yardım sistemilərinə və baqaj qapağının toxunmadan açılması sisteminə sahib olmuşdur.

Yeni Rexton Cənubi Koreyada aprel ayından etibarən satışa çıxarılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt