Jeep şirkəti Nyu-York avtosalonunda kütləvi təqdimatının keçirilməsini planlaşdırdığı "bərkgedən" Grand Cherokee Trackhawk modelinin üzərindəki sirr pərdəsini götürmüşdür. “Qaynar” ofroder 717 at qüvvəsi və 875 Nm fırlanma anı təklif edən Hellcat mühərrikinə sahib olmuşdur.

“Bərkgedən” ofroderin satışlarına bu ilin dördüncü rübündə başlanmalıdır. Ofroder 6,2-litrlik səkkiz silindrli Hellcat mühərriki  və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Avtomobil elektron idarəetməsi olan yüksək sürtünməli differensial ilə təchiz edilmiş tam çəkiş sisteminə malikdir. Amerikan istehsalçısının nümayəndələri hərəkət rejimindən asılı olaraq fırlanma anının müxtəlif nisbətlərdə bölünə biləcəyini söyləmişdirlər. Misal üçün, bu nisbət 40:60, 50:50, 60:40, 35:65 və 30:70 nisbətində ola bilər.

Trackhawk yerindən 60 mil/saat (96 km/saat) həddinə 3,5 saniyəyə sürətlənir. Onun maksimal süürəti isə 180 mil/saata (290 km/saat) bərabərdir. Jeep Grand Cherokee Trackhawk modelinin çəkisi 2433 kiloqram təşkil edir. Ekstremal Grand Cherokee modelinin təchizatına Brembo əyləc mexanizmləri daxil edilmişdir. 

Zahiri zəhətdən ofroder SRT modifikasiyasından demək olaraq ki, cüzi şəkildə fərqlənir. 

Trackhawk bir qədər dəyişdirilmiş ön bamperə malikdir. Ofroder 20-düymlük təkər diskləri, təkmilləşdirilmiş diffuzoru və dörd çıxış borusu olan buraxılış sistemi ilə də təchiz edilir. “Bərkgedən” ofroderin interyeri də onun imkanlarına layiq tərtib edilmişdir. Taxometr cihazlar panelinin mərkəzində yerləşdirilmişdir ki, bu da avtomobilin xarakterindən xəbər verir. Bundan başqa, mərkəzi konsoldakı iri displeyi olan əyləncə-məlumat kompleksi Trackhawk modelinə məxsus olan yenilikləri əldə etmişdir. Artıq bu displeydə avtomobilin xarakteristikaları ilə tanış olmaq və sistemlərin tənzimləmələrini həyata keçirmək olar. Salonun tərtibatında Nappa dərisindən və zamşadan istifadə edilmişdir.

Bununla belə, salon tərtibatı digər modellərdə tətbiq edilməyən rəng sxeminə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt