Opel şirkəti Frankfurt avtosalonunda geniş kütlə qarşısında nümayiş etdirməyi planladığı Grandland X modelinin üzərindəki sirr pərdəsini qaldırmışdır. Adından da anlaşıldığı kimi, yeni krossover Opel şirkətinin model cərgəsindəki ən iri ölçülü krossover olacaqdır.

Opel Grandland X modelinin qabarit uzunluğu 4477 millimetr, eni – 1844 millimetr, hündürlüyü isə 1636 millimet təşkil edir. Yeni modelin təkər bazasının uzunluğu 2675 millimetrə bərabərdir. Beləliklə, Grandland X modeli təklif edilən Mokka X modelindən 202 millimetr uzun, 63 millimetr enli və 8 millimetr hündürdür.

Təkər bazasının uzunluğuna görə Glandland 110 millimetr üstünlüyə malikdir . Eyni zamanda, Grandland X modeli 514 litrlik baqaj bölümümnə malikdir ki, bu da Mokka X modelində olduğundan 104 litr çoxdur. Arxa oturacaqların qatlanması halında baqaj bölümü 1852 litr (+397 litr) boş məkan təklif edir. 

Peugeot 5008 modeli ilə eyni platformada hazırlanmış avtomobilin təchizatına piyadaları aşkarlayaraq avtomatik əylənmə funksiyası olan adaptiv kruiz-kontrol, sükan çarxının qızdırlması, smartfonların induksiya üsulu ilə doldurulması sistemi, İntelliLink multimedia sistemi, avtomatik dayanacaq sistemi, sürücünün yorğunluq dərəcəsinə nəzarət sistemi, dairəvi görüntü kameraları və OnStar xidməti daxildir.

Opsional olaraq, işıqdiodlarından hazırlanmış ön fənərləri və AGR sertifikatlı ön oturacaqları sifariş etmək mümkündür. Mokka X və Crossland X modellərindən fərqli olaraq Grandland X modeli yalnız öndən çəkişli olacaqdır. Bununla belə, yeni model beş təyin edilmiş rejimi olan Grip Control sistemi ilə təchiz ediləcəkdir. Adından da göründüyü kimi, bu sistem təkərlərin yol səthi ilə təmasını yaxşılaşdırmağa yönəldilmişdir. Sistem ön təkərlərə yönələn fırlanma anını, avtomatik ötürmələr qutusunun iş rejiminə və drosselin reaksiyasına nəzarəti həyata keçirəcəkdir.

Opel şirkəti avtomobilin mühərrik çeşidi barədə məlumat verməmişdir. Çox güman ki, yeni model Mokka X və Crossland X modelləri üçün təklif edilən benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt