Opel şirkətinin mətbuat xidməti Mixael Loşellerin alman markasının yeni rəhbəri təyin edildiyini bildirmişdir. O, bu vəzifədə istefaya gedən Karl-Tomas Noymannı əvəzləyəcəkdir.

Rəhbər vəzifədən getməsinə baxmayaraq Noymann hələlik Opel Adam AG şirkətinin idarə heyətinin üzvü olaraq qalacaqdır.

Əvvəllər maliyyə bölməsinin rəhbəri olmuş Loşeller Direktorlar şurasının yekdil səsverməsi ilə alman brendinin vəzifəsinə seçilmişdir. Noymannın istefasının səbəbi rəsmi olaraq açıqlanmamışdır. Lakin, Avropa KİV-lərinin bölüşdüyü qeyri-rəsmi məlumata əsasən, bunun səbəbinin Noymannın rəhbərliyi zamanı Opel markasının gəlirli olmaması söylənilir.

Juranlistlərin qarşısında çıxış edən Opel şirkətinin müşahidə şurasının sədri və General Motors şirkətinin prezidenti Dan Ammann Noymanın rəhbərliyi altında şirkətin böyük inkişaf yolu keçdiyini söyləmişdir.

Dr. Karl-Tomas Noymann

Dr. Karl-Tomas Noymann və Mixael Loşeller