Ferrari şirkəti Californiya T modelini əvəz edəcək Portofino rodsterinin onlayn təqdimatını keçirib. 590 at qüvvəli mühərrikə malik olan sportkar italyan markasının ən əlçatan modeli olacaq.

Ferrari Portofino sələfi kimi 3,9-litrlik səkkiz silindrli mühərrik ilə təchiz edilir. Lakin, iki turbokompressoru olan güc aqreqatı yeni porşen və sürgü qolu ilə fərqlənir. Əvvəlki mühərrikə nisbətən yeni mühərrik 40 at qüvvəsi və 5 Nm daha güclüdür. Beləliklə, Ferrari Portofino modeli 590 at qüvvəsinə və 760 Nm fırlanma anına malikdir. Sportkar yerindən 100 km/saat həddini 3,5 saniyəyə toplayır ki, bu da California T modelindən 0,1 saniyə yeyindir. Portofini modelinin maksimal sürəti 320 km/saatın üzərindədir.

Portofino istehsalında yeni şassidən istifadə edilir ki, bu da onu sələfindən yüngül edir. Dəqiq rəqəmlər bildirilməsə də, çəkinin oxlar arasında bölünməsinin arxa oxun xeyrinə 46:54 nisbətində olduğu bildirilib.

Digər yeniliklər elektronika ilə idarə edilən arxa differensial, elektrik sükan gücləndiricisi və təkmilləşdirilmiş maqnitoreoloji amortizatorlardır.

Ferrari Portofino modelinin dizaynında 812 Superfast və GTC4Lusso modelinin tanış cizgiləri vardır. Yeni sportkarın interyeri GTC4Lusso modelinin salonu ilə bənzərlik daşıyır. Yeni sportkarın təchizatına 10,2-düymlük sensorlu displeyi olan multimedia kompleksi və 18 istiqamətdə tənzimlənən oturacaqlar daxildir. İtalyan şirkətindən yeni modelin bağlı tavanla salonunun California T modelində olduğundan 30 faiz səssizdir.

Ferrari Portofino modelinin kütləvi təqdimatı sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt