Rolls-Royce şirkəti Qərbi Susseksin Çiçester şəhərində yerləşən Müqəddəs Riçard xəstəxanasının pediatrik bölməsi üçün kiçik uşaq elektrokarı hazırlamışdır. Uşaqlar avtomobildən istifadə edərək, işıqfor quraşdırılmış və yol nişanları olan xüsusi koridorlar vasitəsi ilə əməliyyat otağına gedəcəkdirlər.

Rolls-Royce nümayəndələrinin fikrincə bu, əməliyyata yollanan uşaqlarda həyəcanın azaldılmasına xidmət edəcəkdir. Rolls-Royce SRH adlanan elektrokarın yaradılmasına və hazırlanmasına 400 saat vaxt sərf edilmişdir. Avtomobil tamamilə əl işidir və əsil avtomobillərin rəngləndiyi boya ilə rənglənmiş, hətta 3D printerində çap edilmiş «Vəcdin ruhu» heykəlciyinə də malikdir. Elektrokar 24 voltluq akkumulyator və 16 km/saat həddinə qədər sürətlənməyə imkan verən elektromotorla təchiz edilmişdir. Bununla belə, elektromobilin sürəti böyüklər tərəfindən məhdudlaşdırıla bilər. Elektromobilin minimal sürət həddi 6 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt