Bentley şirkətinin tüninq atelyesi olan Mulliner firması Bentayga ofroderinin xüsusi variantını təqdim etmişdir. Mulliner atelyesi tərəfindən təklif edilən təkmilləşdirmələr siyahısına eksteryerin və interyerin xüsusi tərtibatı, həmçinin əlavə opsiyaların tətbiqi daxil edilmişdir.

Mulliner mütəxəssisləri tərəfindən hazırlanmış Bentley Bentayga modeli zahiri cəhətdən «üzən» mərkəzi emblemləri (təkərlərin fırlanmasından asılı olmayaraq vəziyyətini qoruyan) olan 22-düymülk təkər diskləri və öndə xromla işlənmiş barmaqlıqları olan kuzov dəsti ilə seçilir. Avtomobilin salonu iki rəngli dəri ilə üzlənmiş, seçilən tikişlərə, ağacdan və ya parlaq elementlərdən ibarət olan işləmələrlə bəzədilmişdir. Arxa oturacaqların sərnişinlərinin ixtiyarına isə, Cumbtia Crystal qədəhləri olan içkilər üçün soyuducu da verilmişdir.

Bundan əlavə, avtomobilin salonu bir neçə rejimi və rəng variantı olan dekorativ işıqlandırmaya, 20-dinamikli və çoxkanallı gücləndiriciyə malik olan 1950 vattlıq səs sisteminə sahib olmuşdur. Mulliner mütəxəssisləri Bentayga modelinin öz sinifində ən kefiyyətli səs sisteminə malik olduğunu iddia edirlər. Ofroder texniki cəhətdən dəyişilməz qalmışdır. O, 608 at qüvvəsi və 900 Nm fırlanma anı olan W12 mühərriki ilə təchiz edilir. Bentayga 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 301 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt