The Grand Tour verlişinin aparıcıları test-pilot axtarışına davam ediblər. Bu dəfə Riçard Hammond bu iş üçün öz namizədini irəli sürüb. Bu barədə videoçarx verlişin YouTube kanalında dərc edilib.

Hammondun fikrincə, “Amerikalını” əvəz edəcək yeni test-pilot “adı naməlum olan yeyin və qorxusuz kaskadyor” olamlıdır. Lakin bu dəfə də işlər tərs gedib. Kaskdyor trekin kənarında duran avtomobil daşıyıcısınnın üstündən birbaşa ofisin binasına tullanıb. “Hammond sən axmaqsan”, - Ceremi Klarkson çarxın sonunda Riçarda söyləyib.

Xatırladaq ki, bir müddət bundan öncə, Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey keçmiş Formula 1 pilotu Mark Uebberi sınaqlara dəvət etmişdilər. Lakin, sınaqlar zamanı Uebberin Porsche avtomobilindən başqa digər avtomobilləri sürətlə idarə edə bilmədiyi aşkar edilib.

“Qrand Tur” verlişinin ikinci mövsümü 8 dekabrdan başlayaraq yayıma çıxacaqdır. Şounun yaradıcıları, dəvət edilmiş məşhurların “öldüyü” Celebrity Brain Crash rubriksaından və avtomobilləri trekdə sınaqdan çıxaran “Amerikalı” personajından imtina etmək qərarına gəliblər.