Aylardır davam edən tizer şousundan sonra, nəhayət ki, yenidən bərpa edilmiş TVR markası özünü yeni sportkarını nümayiş etdirib. Avtomobilin hazırlanmasında məşhur Qordon Mürreyin yaratdığı texnologiyadan istifadə olunub.

Sportkarın əsasını karbon və poladdan hazırlanmış şassi təşkil edir. Griffith modelinin hazırlanmasında iStream texnologiyasından geniş istifadə edilib. Bu texnologiya avtomobilin yığılması prosesində kuzov elementləri, şassi detalları və güc aqreqatının komponentləri də daxil olmaqla, öncədən hazırlanmış detallardan istifadəni nəzərdə tutur. Bu texnologiyanı Mürrey iki il bundan öncə Yamaha şirkəti ilə birlikdə təqdim etmişdi.

TVR Griffith modelinin qabarit uzunluğu 4314 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1239 millimetrdir.

1250 kiloqram ağırlığa malik olan sportkarın çəkisi oxlar arasında bərabər bölünüb. Kupe Ford Mustang modelindən alınmış 5,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Cosworth şirkəti tərəfindən təkmilləşdirilmiş mühərrik 506 at qüvvəsi hasil edir.

Arxadan çəkişli kupenin mühərriki qabaq oxun qarşısında yerləşir və altı pilləli mexaniki Termec ötürmələr qutusu ilə təchiz edilir.

Yerindən ilk “yüzlüyə” Griffith dörd saniyədən az müddətə sürətlənir. Onun maksimal sürəti 320 km/saatın üzərindədir. Sportkarın təchizatına tənzimlənən amortizatorlar, elektrik sükan gücləndiricisi, öndə 370 millimetrlik havalındırmalı, arxada isə 350 millimetrlik  əyləc diskləri daxildir.

Avtomobil öndə 19-düymlük, arxada isə 20-düymlük təkər disklərinə malikdir.

Yeni avtomobillərin ilk partiyası Launch Edition adlandırılacaqdır və 500 nüsxəlik tirajla istehsal ediləcəkdir. TVR Griffith modeli üçün 5000 funt-sterliq məbləğində behin qəbuluna il yarım bundan öncə başlanıb. Avtomobilin qiyməti təxminan 90 min funt-sterlinq təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt