Volkswagen şirkəti I.D. elektrik prototiplər ailəsinin üçüncü üzvü olan kupeşəkilli konseptual krossoverin ilk təsvirlərini dərc etmişdir. Konseptin dünyəvi təqdimatı 19 aprel tarixində işinı başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir

Hələlik prototip haqqında məlumat çox azdır. Alman istehsalçısı yeni prototipin tam çəkişli və müasir benzin mühərrikli avtomobillərin yürüş məsafəsinə barəbər yürüş ehtiyatı olan dörd qapılı avtomobil olacağını bildirmişdirlər.

Bundan başqa, konsept sükan çarxındakı VW embleminə toxunmaqla aktivləşən avtopilot sistemi ilə təchiz ediləcəkdir. Bundan sonra sükan ön paneldə «gizlənəcək» və elektromobil hərəkətə başlayacaqdır. I.D. seriyasında olan ilk prototip yığcam hetçbek, ikinci isə I.D. Buzz miniveni olmuşdur. Bu  konseptlər Volkswagen şirkətinin xüsusi olaraq elektromobillər üçün hazırladığı MEB modul platformasında yığılmışdılar. Belə elektokarlar dolu batareyalarla 600 kilometrə qədər məsafə qət etmək iqtidarındadırlar. Alman istehsalçısı ciddi şəkildə 2020-ci ilə qədər elektromobil xəttinin hazırlanması üzərində çalışır.

2025-ci ilə qədər almanlar bir milyon elektromobil satmağı planlaşdırırlar.