Wimmer tüninq atelyesi Mercedes-AMG C63 universalının əsasında hazırladığı 801 at qüvvəli avtomobili təqdim etmişdir.

Alman mütəxəssisləri bərkgedən universalın 4,0-litrlik V8 biturbo mühərrikini təkmilləşdirilmiş turbokompressorlar, yanacaq nasosu və interkuler ilə təchiz etmişdirlər.

Bundan başqa, universal paslanmayan poladdan olan buraxılış sisteminə və yenidən tənzimlənmiş elektron idarəetmə blokuna sahib olmuşdur. Bu təkmilləşdirmələr nəticəsində Mercedes-AMG C63 modelinin mühərriki 801 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Müqayisə üçün, adi mühərrik 510 at qüvvəsi və 700 Nm fırlanma anı təklif edir.

Eyni zamanda, sürət məhdudlaşdıran boyunduruğun aradan qaldırılması halında Mercedes-AMG C63 Estate modeli 320 km/saat həddinə qədər sürətlənmək imkanına malikdir. 

Lakin, 20-düymlük BBS disklərinə taxılmış şinlərin xidmət müddətinin saxlanması məqsədi ilə elektronika tərəfindən sürət məhdudiyyəti yenidən bərpa edilmişdir. Təəssüflər olsun ki, tüner 100 km/saat həddinə kimi sürətlənmə xarakteristikasını açıqlamamışdır.

Xatırladaq ki, adi Mercedes-AMG C63 Estate universalı bu işə 4,1 saniyə sərf edir.  

Wimmer Rennsporttechnik atelyesi təkmilləşdirmələrin qiymətinin 29500 avro olduğunu bildirmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt