Saudishift portalının sərəncamında yenilənmiş Mercedes-Benz S-Class sedanının görüntülərini dərc etmişdir. Sedan eksteryerinin və interyerinin dizaynında kosmetik dəyişikliklər baş vermişdir. Böyük ehtimalla yenilənmiş bayraqdar modelinin təqdimat mərasimi gələn ay keçriləcək Nyu-York avtosalonunda baş tutacaqdır.

Dərc edilmiş fotoşəkillərdə avtomobil kamuflyajsız təsvir edilmişdir. Təsvirlərdən göründüyü kimi yenilənmiş sedan xromdan olan əlavələri və yeni işıq texnikasını əldə etmişdir. Ön fənərlər işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqlarının yeni formasına malikdirlər.

Bayraqdar sedanının salonunda əsas dəyişiklikləri cihazlar panelinin və multimedia kompleksinin displeyinin yeni tərtibatından ibarətdir. Ən əsası isə sedan S-Class kupesinin üslubunda üç qollu sükan çarxına sahib olmuşdur. Yeni multimedia sistemi jestlər vasitəsi ilə idarəetmə sistemi ilə təchiz ediləcəkdir.

Digər bir şəkildə avtomobilin S560 emblemini daşıdığı görüntülənmişdir. Yəqin ki, almanlar W126 kuzovlu 560 SEL modelinə xas olan işarələnməni yenidən bərpa etmək fikrindədirlər. 

Saudishift saytı yeni modelin S550 modifikasisını əvəz edəcəyini ehtimal edirlər.

Avtomobil 4,7-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir. Mühərrik 450 at qüvvəsi təklif edəcəkdir. Bundan başqa, S-Class elektrik kompressorlu sıralı altı silindrli mühərrikə də sahib olacaqdır.

Ümumiyyətlə yenilənmiş sedan son nəsil E-Class modelində debüt etmiş yeni sistemlərlə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt