İsveçli dağ xizəkçisi Yon Olsson yeni avtomobilini təqdim edib. İdmançı, ekstremal Mercedes-Benz G500 4×4² yolsuzluq avtomobilinin əsasında yaradılmış avtomobilə qardaşının adını verib. Lord Hans adlı avtomobilin təqdimatından çəkilmiş video görüntülər Olssonun YouTube kanalında dərc edilib.

Mercedes-Benz G500 4×4² təkmilləşdirilməsi Hollandiyanın Absolute Motors tüninq atelyesinə həvalə olunub.

Olssonun bildirdiyinə görə, avtomobilin mühərriki 800 at qüvvəsinə malikdir. İdmançı yaxın zamanda ofroderi dinamik stendə çıxarıb mühərrikin dəqiq gücünü müəyyən etmək fikrindədir. Mühərrikin gücünün artırılması ilə yanaşı, ofroder təkmilləşdirilmiş asqı sisteminə, əlavə işıqlandırmaya, yolsuzluq şinlərində, “kenqurinə”, həmçinin ehtiyat təkəri, yanacaqla dolu kanistrlər və balta ilə kürək yerləşdirilmiş damda quraşdırılan baqaja malik olub. Kuzovun elementlərinin əksər hissəsi karbonplastikdən hazırlanıbdır.

Buna Brabus tərəfindən xüsusi sifarişlə hazırlanmış şnorkel də daxildir.

Bu ilin yazında Olsson 810 at qüvvəli Rolls-Royce Wraith kupesini təqdim etmişdi. İdmançının bildirdiyinə görə, o bu yolla Rolss-Royce kupesində bernaut edərək çoxdankı arzusuna çatıb. Lakin, Yon Olssenin ən məşhur avtomobili “bərkgedən” Audi RS6 Avant modeli olub.

Stertman Motorsport tərəfindən DTM avtomobillərinin üslubunda hazırlanmış universal karbonplastikdən olan kuzov dəstinə və 950 at qüvvəli mühərrikə malik idi. Olssonun avtomobili 2015-ci ildə cinayətkarlar tərəfindən oğurlanıb. Yarım milyon dollar dəyəri olan avtomobil yanmış vəziyyətdə aşkar edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt