Birləşmiş Ərəb Əmirliklərində yaşayan Arif Əhməd Əl Zəruni adlı iş adamı «1» rəqəmi olan avtomobil üçün dövlət qeydiyyat nişanına 18 milyon dirhəm pul ödəmişdir. Bu vəsait təxminən 4,9 milyon ABŞ dollarına bərabərdir. Bu barədə xəbəri Gulf News saytı yaymışdır. «Qəşəng» nömrələr satılan hərrac Birləşmiş ərəb Əmirliklərinin Şarja şəhərində keçirilmişdir. Əl Zəruninin sözlərinə görə, o nömrə nişanını şəxsi istifadə üçün əldə etmişdir və onu satmaq fikrindən belə uzaqdır. «Birinci» nömrənin satış qiyməti onun ilkin təklif dəyərini 18 dəfə üstələmişdir. «Mən hərraca məhz bu nömrələr üçün gəlmişdim. Mən həmişə birinci yerdə olmağı xoşlayıram və bu səsbdən də başqa lotlar məni maraqlandırmırdı» - deyən iş adamı seçimizi belə izah etmişdir.

Şarjada keçirilmiş tədbirdə ümumilikdə 1300 insan iştirak etmişdir. Bu hərraclarda 60 ədəd «qəşəng» avtomobil nömrələri satışa çıxarılmışdır. Onların sırasına «12», «22», «50», «100», «333», «777», «1000», «2016», «2020» və «99999» kimi nömrə nişanları daxil olmuşdur. 

İlk üç nömrə hərraclarda 500 min dollara satılmışdır. Satılmış nömrələrdən əldə edilən ümumi gəlir 50 milyon dirhəm təşkil etmişdir ki, bu da təxminən 13,6 milyon ABŞ dolları edir.

Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin Yol polisi mütamadi olaraq belə hərraclar təşkil edir. Bu hərraclardan əldə edilən bütün vəsaitlər yalnız xeyriyyə məqsədlərinə yönəldilir.