Amerika Birləşmiş Ştatlarının Qərbi Vircinya ştatının Ueyn şəhərində avtomobilin salonunda qalmış köpəklər onu hərəkətə gətirərək ticarət mərkəzinə çırpılmasına səbəb olmuşdurlar. Bu barədə xəbəri WSAZ saytı yaymışdır.

Hadisə Wallmart supermarketinin dayanacağında baş vermişdir. Hadişəyə şahid olmuş qadının sözlərinə görə, mağazanın qapıları ilə üzbəüz dayanan zaman bir avtomobilin yavaş sürətlə ona doğru gəldiyini görmüşdür. Əvvəlcə qadın avtomobildə onun tanışlarından birinin olduğunu və hal-əhval tutmaq üçün yaxınlaşdığını düşünsə də, sonradan sürücü yerində köpəyin olduğunu görmüşdür. Şahid durduğu yeri tərk etmiş, avtomobil isə mağazanın divarına çırpılmışdır.

Sonradan aydın olmuşdur ki, köpəklər Wallmart supermarketinə alış-veriş üçün gəlmiş yaşlı qadına məxsus olublar. Qadin köpəkləri mühərriki və kondisioneri çalışan avtomobilin salonunda qoyaraq mağazaya girmiş, eyni zamanda əl əyləcini qoşmağı yaddan çıxarmışdır. Köpəklərdən biri transmissiyanın selektoruna toxunaraq nəqliyyat vasitəsinin hərəkətə gəlməsinə səbəb olmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Avtomobilə və supermarketə cüzi ziyan dəymişdiur.