Bu günlərdə şimalda Audi e-tron Sportback modelinin prototipi paparizzilərə rast gəlib. Prototipin kamuflyaja bürünməsinə baxmayaraq, onun adi e-tron krossoverinə daha çox bənzədiyini söyləmək olar. Prototipin ön tərəfinin dizaynı, bamperdən tutmuş fənərlərə kimi, hətta virtual güzgü-kameralar belə e-tron modelindəki ilə eynidir.

Bu isə e-tron Sportback modelinin texniki cəhətədən də adi e-tron ilə bənzər olacağından xəbər verir. Çox güman ki, Audi e-tron Sportback da MLB evo modul platformasında inşa edilib və ümumi gücü 408 at qüvvəsi olan iki elektromotor ilə hərəkətə gəlir. Batareyaya gəldikdə isə, 95 kilovat-saatlıq batareya krossoverə 400 kilometr qət etmək imkanı verəcəkdir.

Image alt Image alt Image alt

Böyük ehtimalla, iki avtomobil arasındakı fərq dam xəttində olacaqdır. Cəlbediciliyə gəldikdə isə, Audi e-tron Sportback Elaine konsepti qədər cəlbedici görkəmə malik olmayacaqdır. Səbəbi məlumdur - konsept hazırlanan zaman arxa sərnişinlərin başı üzərindəki məkan o qədər də nəzərə alınmayıb.

Qeyri-rəsmi məlumata görə, Audi e-tron krossoverinin üç mühərrikli versiyası üzərində çalışmalara başlayıb. Güc aqreqatlarının ümumi hasilatı 500 at qüvvəsinin üzərində olmalıdır. Böyük ehtimalla, e-tron Sportback da üçmühərrikli güc qurğusuna da sahib olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Audi e-tron Sportback krossoveri bu ilin sonuna kimi təqdim edilməli və istehsala getməlidir. 2020-ci ildə Audi markasının elektrokarlar xətti Audi e-tron GT modeli ilə zənginləşməlidir. Əlbəttə ki, yaxın günlərdə daha bir elektrokarın carçısı - Q4 e-tron konsepti Cenevrədə debüt etməldir. Bu avtomobilin MEB platformasında inşa edilmiş seriya variantı 2020-ci ildə işıq üzü görəcəkdir.