Volkswagen şirkəti yenilənmiş Passat modelinin ən eksklyuziv variantı olan Passat R-Line Edition modifikasiyasını təqdim edib. 2000 nüsxəlik məhdud saylı tirajla buraxılacaq avtomobilin kütləvi təqdimat mərasimi Cenevrə avtosalonunda keçiriləcəkdir.

VW Passat R-Line Edition modifikasiyası yalnız universal kuzovu və tam çəkiş sistemi ilə buraxılacaqdır. Bu seriyadan olan avtomobillər yalnız güclü mühərriklər ilə təchiz ediləcəkdirlər. Bunlar 272 at qüvvəli 2,0-litrlik TSI və 240 at qüvvəli 2,0-litrlik TDI mühərrikləridir. Transmissiya isə yeddi pilləli DSG «robotudur». 

Passat R-Line Edition modelinin təchizatına IQ. Light matrix LED fənərləri, elektronika idarələnən DCC amortizatorları, Digital Cockpit virtual cihazlar paneli, 9,2-düymlük displeyi və quraşdırılmış SIM-kartı olan Discover Pro multimedia sistemi, Area View  kamera sistemi və digər yeni texnologiyalar daxildir.  

Xüsusi seriyadan olan universallar yeni Moonstone Grey rənginə boyanacaq, qara ekteryer elementləri, damdakı spoyler, diffuzor və xüsusi 19-düymlük təkər diskləri ilə təchiz ediləcəkdirlər. Passat R-Line modelinin salonu qara rəngdə tərtibata malik olacaqdırlar.  Salonda idman oturacaqları quraşdırılacaq, pedallar və kandarlar paslanmayan poladdan əlavələr quraşdıracaqdırlar. Salon tərtibatında yüksək keyfiyyətli Nappa dərisindən istifadə edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen şirkəti Passat Variant R-Line Edition modelini Golf R və T-Roc R modelləri ilə eyni səviyyədə səciyyələndirir ki, bu da stabilizasiya sistemini söndürməyin mümkünlüyünə işarə edir.

Xüsusi seriyandan olan Passat universallarının satışına may ayında başlanacaqdır. Çox güman ki, modeli alman istehsalçısının yerli nümayəndəliyində də sifariş etmək mümkün olacaqdır.