Audi şirkəti RS Sportback “qaynar” hetçbekinin yenilənmiş variantını təqdim etmişdir. Kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcək model 400 at qüvvəli mühərriklə təchiz edilir.

“Qaynar” hetçbek silindrlər bloku və karteri təkmilləşdirilmiş, yeni turbokompressor və interkuler quraşdırılmış, həmçinin qarışıq yanacaq çiləmə sisteminə (buraxılış kollektoruna və birbaşa silindrlərə çilənmə) malik olan 2,5-litrlik beş silindrli mühərriklə təchiz edilir. Görülmüş tədbirlər nəticəsində mühərrik 33 at qüvvəsi əlavə gücə malik olmuş və 26 kiloqram yüngülləşdirilmişdir. Mühərrikin maksimal fırlanma anı 480 Nm təşkil edir. Güc aqreqatı əvvəlki kimi yeddi pilləli robotlaşdırılmış S-Tronic ötürmələr qutusu və arxa oxda quraşdırılmış çoxdiskli muftası olan tam çəkiş sistemi ilə birgə çalışır.

Yerindən 100 km/saat həddinə “qaynar” hetçbek 4,1 saniyəyə sürətlənir. Bu əvvəlkidən 0,2 saniyə yeyindir. Audi RS3 Sportback modelinin maksimal sürəti 250 km/saatda məhdudlaşdırılmışdır. Əlavə ödəniş etməklə maksimal sürət  həddinin səviyyəsini 280 km/saata çəkmək mümkündür.

Yenilənmiş modelin təchizatına işıqdiodlarından fənərlər, dəri oturacaqlar, Google Earth və Google Street View funksiyalarını dəstəkləyən multimedia sistemi, 65 km/saata qədər qarşıdakı avtomobillə məsafəni saxlayan və sükan sistemini idarə edən “tıxaclar” üçün avtopilot daxildir.

Avtomobilin opsiyalar siyahısına adaptiv asma, 310-millimetrlik karbon-saxsı diskləri olan əyləc mexanizmləri, elektron cihazlar paneli və 705 vattlıq Bang&Olufsen səs sistemi daxildir. Audi RS Sportkback modelinin yenilənmiş variantının Avropadakı satışlarına avqust ayında başlanacaqdır. Qiyməti 54,6 min avrodan başlayan hetçbeki aprel ayından başlayaraq sifariş etmək olar. Eyni zamanda, sedan kuzovlu Audi RS3 modlei üçün isə ən azı 55,9 min avro ödəmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt