Toyota şirkəti bu gün işinə başlamış Çikaqo avtosalonunda RAV4 krossoverinin xüsusi Adventure modifikasiyasını təqdim etmişdir. Xüsusi modifikasiya aktiv həyat tərzinə üstünlük verən şəxslərə yönəldilmişdir.

Toyota RAV4 Adventure modelini perimetr üzrə quraşdırılmış müdafiə qurşağına, kapotun üzərindəki qara rəngli zolağa və artırılmış klirensinə görə tanımaq olar. Bundan başqa, avtomobil təkmilləşdirilmiş radiatora sahib olmuşdur. İstehsalçı avtomobil iki variantda – öndən və tam çəkiş sistemi ilə təklif edir. Öndən çəkişli krossover məhdudlaşdırılmış sürüşməli differensialı olan transmissiya ilə təchiz edilir. Tam çəkişli variant üçün isə, Dynamic Torque Control sistemi ilə komplektləşdirilir. RAV4 Adventure modeli standart olaraq tərkibinə piyadaları aşkarlayaraq qarşıdan toqquşmaları önləyən sistem, aktiv kruiz-kontrol, adaptiv fənərlər və zolaqlara nəzarət funksiyası daxil olan Toyota Safety Sense təhlükəsizlik dəsti, TSC və Hill Start Assist Control sistemləri ilə təchiz edilir.

Qeyd etmək lazımdır ki, “macəraçı” Toyota RAV4 qara rəngli 18-düymlük təkər disklərini də əldə etmişdir. Eyni zamanda, yeni modifikasiya üçün məhdud sayda rəng çeşidi təklif edilir. Avtomobilin interyerinin tərtibatında tamamilə yeni materiallardan istifadə edilmişdir. Azərbaycan bazarında Toyota RAV4 modeli 146 at qüvvəli 2,0-litrlik və 180 at qüvvəli 2,5-litrlik mühərriklə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt