Avstraliyanın Yeni Cənubi Uels ştatının polis idarəsi 12 ay müddətində "qaynar" Audi S7 Sportback avtomobilindən istifadə edəcəkdir. Polisin sərəncamına verilmiş avtomobildən gənclər və ictimayyətlə iş üzrə nəzərdə tutulmuş müxtəlif proqramlar çərçivəsində istifadə ediləcəkdir.

Audi S7 Sportback modeli sayrışan işıqlar və Audi şirkətinin Avstraliya bölümünün Facebook sosial şəbəkəsindəki səhifəsinin abunəçiləri tərəfindən hazırlanmış unikal livreya ilə təchiz edilir. Hetçbek Avstraliya polisinə xas olan mav-ağ damalarla, qara rəngli "Police" yazıları və polis departamentinin sosial şəbəkələrdəki ünvanı ilə bəzədilmişdir. Audi S7 Sportback modeli 450 at qüvvəsinə və 550 Nm fırlanma anına malik olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindirli mühərriklə təchiz edilir. Yerindən 100 km/saat sürətini toplamağa hetçbekə 4,6 saniyə gərəkdir. Audi S7 Sportback modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Bundan əvvəl, Viktoriya ştatının polisi Mercedes-AMG GLE 63 S Coupe modelini əldə etmişdi. «Bərkgedən» kupe-krossover 585 at qüvvəsinə malik olan iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilmişdir. Krossoverdən patrul avtomobili kimi istifadə edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt