İspan avtomobil istehsalçısı olan Seat şirkəti Leon ailəsinə daxil olan hetçbek, kupe və universal modellərini yeniləmişdir. 2017-ci ilin Leon avtomobilləri dizayn sahəsində xırda dəyişikliklərə məruz qalmış, yeni avadanlığa və mühərriklərə sahib olmuşdurlar.

Leon modelinin zahiri görkəmindəki yeniliklər dəyişdirilmiş işıq texnikasından və 40 millimetr genişləndirilmiş radiator barmaqlığından ibarətdir. Əlavə ödəniş etməklə işıqdiodlarından hazırlanmış ön və arxa fənərləri sifariş etmək olar. Bundan başqa, müştərilər Xcellence variantını da əldə edə bilərlər ki, bu variant da xromla üzlənmiş radiator toru, kandarlarda quraşdırılmış alüminium xəlitələr, açarsız daxiloma sistemi və interyerin dekorativ işıqlandırılması ilə təchiz edilir.

Avtomobilin interyerindəki dəyişikliklər mərkəzi tonelin yeni quruluşundan ibarətdir. Bu toneldə elektron dayanacaq əyləcinin düyməsi quraşdırılmış, ön paneldəki bəzi düymələr multimedia sistemindəki sensorlu analoqu ilə əvəzlənmişdir.

Əlavə avadanlıq olaraq, 8-düymlük sensorlu ekranı, smartfonların naqilsiz doldurulmasını və sürücünün elektik «köməkçilərinı» sifariş etmək mümkündür.

Yenilənmiş avtomobillərin mühərrik çeşidinə 115 at qüvvəsi gücü olan 1,6-litrlik dizel mühərriki daxil edilmişdir. Artıq, 150 at qüvvəli 2,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş tam çəkişli Leon ST universalını yeddi pilləli DSG «robotu» ilə sifariş etmək də olar.

Bundan əlavə, 90 və 184 at qüvvəli dizel, həmçinin 110 və 180 at qüvvəli benzin mühərrikləri və təbii qazla işləyən1,4-litrlik mühərriki də Leon modelinin güc aqreqatları sırasında görmək mümkündür. Yenilənmiş Seat Leon modellərinə sifarişlər artıq qəbul edilir. Avropalı müştərilər ilk avtomobilləri 2017-ci ilin əvvəlində əldə etmək imkanına malik olacaqdırlar.

Yenilənmiş modelin Azərbaycandakı satışları gələn ilin ikinci rübündə başlayacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt