Audi şirkəti avtomobillərin yığılmasının yeni sxemini hazırlayır. Alman istehsalçısının mətbuat xidmətinin yaydığı xəbərdə, gələcəkdə ənənəvi konveyeri olmayan «ağıllı» zavodların peyda olacağı bildirilmişdir.

Avtomobillərin istehsalı bir neçə ayrı bölmələrdə aparılacaqdır ki, avtomobillərin elementləri xüsusi hazırlanmış robotlar tərəfindən yerdəyişdirəcəkdir. Hazırda istehsalçıların əksəriyyəti «uzun» yığılma xəttlərindən istifadə edir ki, bu xəttlərdə də avtomobillər bu və ya digər komponentləri növbə ilə alır.

Konveyerlər praktiki olaraq dayanmadan çalışırlar və əməkdaşlardan maksimal dərəcədə yeyin çalışmalıdırlar - gələcək avtomobillər dayanmadan digər ustalara tərəf hərəkət edir. Hər-hansı bir etapda səhv buraxılarsa demək olar ki, bütün zavodu dayandırmaq gərək olur.

Audi şirkətinin təklif etdiyi yanaşmada yığılma prosesi ayrı şəkildə müxtəlif bölmələrdə, bir xətt olmadan aparılır. Özü hərəkət edən robotlar isə avtomobil üçün tələb edilən hissələri vaxtında ustalara çatdıraraq onların daha sərbəst işləməsinə zəmanət yaradacaqdır. Alman mütəxəssisləri «ağıllı» zavodların, istehsalın tam dayandırılması təhlükəsindən başqa bir neçə problemin həll edəcəyindən əmindirlər. Misal üçün, bir müəssisədə onların texniki hissəsindən asılı olmayaraq müxtəlif növ avtomobillərin - elektrokar, krossover və ya eyni avtomobilin bir neçə modifikasiyasının buraxılması mümkündür.

Yeni sxem konveyerə nisbətən daha az ustanın çalışmasını tələb edəcəkdir. Eyni zamanda, müəlliflərin fikrincə avtomobillərin yığım sürəti ciddi şəkildə artacaqdır.Əgər Audi şirkəti yeni sxemi tətbiq edərsə, bu hal Ford T modelindən bu tərəfə avtomobillərin yığılma üsulunun ilk dəfə ciddi şəkildə dəyişməsi olacaqdır. Ehtimallara görə, bu sxemin tətbiqi 10 ilə yaxın vaxt tələb edəcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt