Yapon avtomobil istehsalçısı Avropa spesifikasiyasında olan Toyota Camry modeli haqqında bütün təfərrüatları açıqlayıb. Beləliklə, okeanın hər iki tərəfində eyni görünüşə malik olan biznes sedanı təklif edəcəklər, lakin avropalılar idman paketi ilə təchiz olunmuş variantı ala bilməyəcəklər. Güc qurğusu da alternativsizdir: Toyota üstünlüyü HEV indeksli ön ötürməli hibrid sedana verir.

Toyota faktiki olaraq avropalılara ABŞ-da satılan Camry modelinin eynisini təklif edir - fərq yalnız ştrixlərdədir. “Avropalı” Toyota Camry sedanı ön fənərlərdəki xarakterik narıncı əlavələri itirib, lakin duman əleyhinə işıqları alıb.

Pətək şəkilli tərtibatı olan radiator barmaqlığına, buraxılış sisteminin yumru çıxış borularına və interyerin parlaq idman tərtibatına malik olan variant Avropa Birliyində təklif edilməyəcək: Köhnə Dünyada satılan Camry yalnız adi bamperlərə və mühafizəkar qara tərtibata malik olacaq.

Hibrid güc qurğusunun tərkibinə 2,5-litrlik benzin aqreqatı, iki elektrik mühərriki və elektromexaniki variator daxildir. Avropada satılan sedan tam ötürmə ilə təklif edilməyəcək.

Hibrid qurğunun hasilatı demək olar ki, ABŞ-dakı ilə eynidir: 231 at qüvvəsi. Sələfi ilə müqayisədə yeni Camry 100 km/saata sürətlənməyə 7,9 ( - 0,4 saniyə) saniyə sərf edir. Yanacaq sərfiyyatı haqqında məlumatlar yazda dərc olunacaq.

Avropada satılan sedanın baza versiyası yeddi düymlük ekrana malik sadələşdirilmiş virtual cihazlar panelini alacaq, lakin multimedia sisteminin 12,3 düymlük sensorlu ekran, qadcetlər üçün simsiz enerji doldurma, adaptiv kruiz-kontrol, zolağa nəzarət və avtomatik əyləcləmə sistemləri üçün əlavə pul ödəmək gərək deyil.

Əlçatan Toyota Camry modeli olmayacaq: təqaüdə göndərilən model İspaniyada 44 min avrodan (48,2 min dollar) başlayn qiymətlərlə satılır, yeni model isə, çox güman ki, ucuz olmayacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Camry modeli Avropada Şimali Amerikada olduğu populyar deyil və qiymətləri nəzərə salsaq, bunda təəccüblü bir şey yoxdur. ABŞ-da yeni sedanın baza versiyasının qiymətinin 1,5 dəfə ucuz olacağı ehtimal edilir - təxminən 30 min dollar. Çindəki qiymət siyahısı isə hər kəsi təəccübləndirib: nəsillərin dəyişməsindən sonra Camry ucuzlaşıb, hibrid sedanın satış qiyməti isə 181 800 yuandan (25,6 min dollar) başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.