Kanadanın Okvill şəhərindəki zavodda buraxılan Ford Edge krossoverinin sonuncu nüsxəsinin konveyerdən 26 aprel 2024-cü il tarixində çıxacağı məlum olub. Bu barədə şirkət rəhbərliyinə istinad edən “Unifor Local 707” nəşri xəbər verir. 2006-cı ildən istehsal edilən model uğurlu olub - təkcə birinci istehsal ilində ABŞ-da 130 mindən çox krossover satılıb, lakin koronavirus pandemiyası zamanı Edge modelinə tələbat 85 min avtomobilə düşüb. Yanacaqlı krossoverinin əvəzinə, Kanadada beş elektrik modelinin istehsalına başlamaq planlaşdırılır.

Ford Edge ilk dəfə 2006-cı ilin əvvəlində Detroit avtosalonunda debüt edib və bu günə qədər istehsal olunduğu Kanadadakı zavodun konveyer xəttinə çıxıb. Edge 4,7 metr uzunluğundakı orta ölçülü krossoverdir və ABŞ-da həm ön, həm də tam ötürmə ilə təklif olunur. Mövcud olduğu müddət ərzində model nəsil dəyişdirib və bir neçə dəfə yenilənib. O, "Ən yaxşı ailə avtomobili" (Parents Magazine, 2007) seçilib və Amerikan Yol Təhlükəsizliyinin Sığortası İnstitutunun (IIHS)  Top Safety Pick reytinqinə daxil edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.