Çində 2020-ci ildə debüt etmiş liftbek planlaşdırılan yenilənmədən keçib. Bu yenilənmə gözlənilən şəkildə keçirilib, çünki FAW artıq ikinci ildir ki, Bestune subbrendinin mövcud modellərini Power, Purity and Perfection adlı korporativ dizayn üslubuna uyğunlaşdırır. Bu üslub artıq T77 və T99 krossoverləri üçün adaptasiya edilib, liftbəkə isə əhəmiyyətli düzəliş olmadan qismət olub.

Bu dizayn, ilk növbədə, çoxlu üfüqi xətləri və radiator barmaqlığının çərçivəsiz "rəfini" nəzərdə tutur. Amma ən diqqət çəkən dəyişiklik, Bestune B70 modelinin həm öndə, həm də arxadakı xarakterik “dişlərini” itirməsidir. Bu elementlər və “şahmat” qrafikasından məhrum edilmiş yeni arxa fənərlər avtomobilin imicini nəzərəçarpacaq dərəcədə dəyişiblər.

Bununla belə, beşinci qapı və bamper demək olar ki, toxunulmaz qalıb. Digər təkər diskləri peyda olub, dolğun bamperlər isə avtomobilin uzunluğunu 45 millimetr (4855 millimetr) artırıb. Təkər bazası isə dəyişməyib - 2800 millimetr.

İnteryerin ümumi arxitekturası dəyişməz olaraq qalır, ön paneldə cihazlar paneli və multimedia sisteminin bir şüşənin altında birləşdirilmiş müxtəlif ölçülü ekranlar var. Ancaq tamölçülü klimat-kontrolun idarəetmə pultunda yalnız "isti" sensorlu düymələri zolağı (qalan idarəetmə funksiyaları ekranın menyusunda cəmləşir) qalıb. Ön paneldəki dekor dəyişdirilib, tranmsissiyanın coystiki daha yığcam selektorla əvəzlənib. Stəkan tutacaqları pərdəni itiriblər.

Texniki dəyişikliklər yoxdur. Hələlik yalnız bir güc aqreqatı təsdiqlənib – bu, 6-pilləli Aisin “avtomatı” ilə tandemdə çalışan, 224 at qüvvəsi və 340 Nm hasil edən 2,0-litrlik turbomühərrikdir. Çox güman ki, 1,5-litrlik “turbodördlük” (169 at qüvvəsi, 258 Nm) və 7-pilləli preselektiv “robot” ilə təchiz edilmiş baza versiyası dəyişməz qalacaq. Bütün xüsusiyyətlər Çin spesifikasiyalarında göstərilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Bestune B70 liftbəklərinin seriya istehsalına dekabr ayında başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.