Yeni təqvimin Londonda keçirilən təqdimatında Pirelli iki yubileyi qeyd edib: ilk nəşrin buraxılmasının 60 illiyi və tarixindəki 50-ci təqvimin buraxılışı. Bu dəfə şəkillərin müəllifi “Timeless” (“Vədəsiz”) mövzusunu seçmiş afrikalı fotoqraf Prins Qayazidir. Çəkilişlərdə müxtəlif sahələrdən olan “tarixdə iz qoymuş və gələcək nəsillərə ilham verəcək” xadimlər iştirak ediblər.

Çəkilişlərə aktrisa Ancela Bassett, yazıçı Marqo Li Şetterli, şair Amanda Qorman, barmaq ilə rəsm çəkən qanalı rəssam Amoako Boafo, top model Naomi Kempbell, aktyor İdris Elba, yazıçı, rejissor və prodüser Ceyms Səmuel, futbolçu Marsel Desayi və müğənnilər Tiwa Savage və Teyana Taylor dəvət alıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şəkillərdə Prins Qayazinin özü də var. O, təqvim səhifələrindən birini Aşanti krallığının 25 illiyinə həsr edib. Şəkildə Kral II Otumfuo Osey Tutunun iştirakılə yubileyin bayram edilməsi əks olunur. Qanada Fotoqrafiya aləminə səyahətinə Qanada iPhone ilə çəkilişlə başlayan Qayazi Pirelli təqviminin 39-cu müəllifi və fotoqraflar arasında ən gənc olanlarından biridir.

2023-cü ilin Pirelli təqvimi avstraliyalı fotoqraf Emma Sammertona həvalə edilmişdi. Təqvimin mövzusu “Muzaya sevgi məktubları” idi. Fotosessiyada supermodellər Kara Delevin, Adut Akeç, Emili Ratakovski, Saşa Pivovarova və Karli Kloss, həmçinin Keyt Mossun qızı Lila Moss iştirak etmişdilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.