Yapon brendi Avropa bazarında özünün “yaşıl” model xəttini genişləndirməyi planlaşdırır: 2026-cı ilə qədər sıfır emissiyalı modellərin sayı 15-ə çatmalıdır. Hələlik isə, onlardan yalnız ikisi nümayiş etdirilib: seqmentdə ən ucuz Toyota avtomobilinə çevriləcək büdcə krossoveri və idman üslubunda olan kross-kupe.

Həm Urban SUV adlanan büdcə krossoveri, həm də kupeyə bənzər Sport Crossover idman krossoveri konsept statusunda debüt edib. Onlar növbəti bir və ya iki il ərzində seriyaya getməlidirlər.

Avropa KİV-lərinin yazdıqlarına görə, Urban SUV nəinki Toyota brendinin ən ucuz elektrokarı, həm də SUV EV seqmentində ən sərfəli modellərdən biri olacaq.  Ölçüləri baxımından konsepti Hyundai Creta ilə müqayisə etmək olar – onun uzunluğu 4,3 metrə çatır, eni və hündürlüyü isə müvafiq olaraq 1,82 və 1,62 metrdir.

Toyota Urban SUV konseptinin elektrik güc qurğuları olan avtomobillər üçün uyğunlaşdırılmış mövcud olan platformalardan birinə deyil, tamamilə yeni platformaya əsaslandığını iddia edir. Gələn ilin sonunda seriyaya getməsi gözlənilən krossover mono və ya tam ötürmə, habelə müxtəlif tutumlu iki batareya ukı təklif ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İkinci konsept olan Sport Crossover 2025-ci ilə qədər seriyaya getməlidir. Toyota şirkəti bu modelin ilk dəfə elektromobil alan və klassik krossoverlərə alternativ axtaranlar üçün nəzərdə tutulduğunu bildirir.

Geniş baqaj və salon da vəd olunub. Düzünü desək, bu konsept ilk dəfə nümayiş etdirilmir: o, bu ilin yazında Şanxay avtosalonunda Toyota və BYD şirkətlərinin birgə məhsulu kimi debüt etmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota şirkətinin planlarına görə, 2026-cı ilə qədər altı elektromobil buraxılmalıdır. O vaxta qədər bu seqmentə aid olan avtomobillərin ümumi satışlardakı payı 20 faizdən çox olmalı, Avropada isə daxili yanma mühərrikləri olmayan modellərin illik satışı 250 mini keçməlidir.

2035-ci ilə yapon brendin yerli xətti yalnız sıfır emissiyalı modellərdən ibarət olacaq, 2040-cı ilə qədər isə, Toyota karbon neytrallığına nail olmaq niyyətindədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.