Yapon brendi Taylandda Hilux Champ pikapının satışına başlayıb. Lakin maraqlı bir nüans var - avtomobilin qiyməti cəmi 459 min batdan (22 min manat) başlayır. Toyota IMV platformasının baş mühəndisi Curaçart Yonqusukun sözlərinə görə, belə aşağı qiymətə avtomobilin təxminən 70% hazır olması sayəsində nail olunub. Qalan 30% alıcının payına düşür.

Toyota Hilux Champ 2022-ci ilin dekabrında təqdim edilən IMV 0 konseptinin seriya versiyasıdır. Bu, alıcılar üçün bir növ boş vərəqdir: onların istək və ehtiyaclarından asılı olaraq, pikapı qida daşımaq üçün furqona, ticarət avtomatına, kemperə və hətta təcili yardım avtomobilinə də çevrilə bilərlər.

Hilux Champ pikapının salonu tamamilə hazırdır və arxada müxtəlif modulları birləşdirmək üçün boltları olan açıq şassi var. Toyota Motor Thailand pikapın təkmilləşdirilməsinə kömək etmək üçün yüzdən çox yerli aksessuar istehsalçısı ilə razılığa gəlib.

Tam ötürməli Hilux Champ qısa və uzun təkər bazası ilə təklif olunur. Mühərrik çeşidinə üç aqreqat daxildir: 2,0 və 2,7 litrlik benzin və 2,4 litrlik dizel mühərriki. Onlar beş pilləli mexaniki və ya altı pilləli “avtomat” ilə tandemdə çalışa bilər. Hilux Champ pikapının yükgötürmə qabiliyyəti bir tona yaxındır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Təchizatsız pikapın qiyməti seçilmiş versiyadan asılı olaraq 459.000 ilə 577.000 baht (22 - 28 min manat) arasında dəyişir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.