Zeekr özünün model xəttindəki ən ucuz elektromobilin – 007 sedanının satışlarına başlayıb. Model 800 voltluq arxitekturaya və 870 kilometrlik yürüş ehtiyatına malikdir. Sedanın top versiyası 100 km/saata 2,84 saniyəyə sürətlənir.

Dünyanın ən sürətli şarjı da bəyan edilib: 610 kilometrlik yürüş ehtiyatını 15 dəqiqəyə bərpa etmək mümkündür. Belə təsiredici xüsusiyyətlərə baxmayaraq, ilkin qiymət gözləniləndən 30 min yuan (yeddi min manat) azdır.

Zeekr 007 sedanı üçün iki batareya təklif olunur. Birinci batareya, Çin istehsalçısının özünün məhsulu olan 75 kilovat-saatlıq litium-dəmir-fosfat (LFP) tərkibli Golden Battery-dir.

İkinci batareya isə, CATL tərəfindən təmin edilir – bu, litium-nikel-manqan-kobalt-oksid tərkibli Qilin batareyasıdır. O, 870 kilometrə qədər avtonomluğu təmin edir və müasir elektromobillərdə mövcud olan ən sürətli  şarja malik olduğu deyilir - 15 dəqiqəyə 610 kilometr.

Baza sedanı Zeekr 001 modelində olduğu kimi, arxa oxda quraşdırılmış 421 at  qüvvəsi və 440 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir. Tamötürməli versiya ön oxda quraşdırılmış 224 at qüvvəli əlavə mühərrikə malikdir.

İkimühərrikli güc qurğusunun ümumi hasilatı 637 at qüvvəsi və 710 Nm təşkil edir. Arxa ötürməli versiya 100 km/saata 5,4 saniyəyə, tamötürməli versiya isə, 2,84 saniyəyə sürətlənir.

Zeekr 007 sedanını ölçülərinə görə Toyota Camry modeli ilə müqayisə etmək olar: onun uzunluğu 4865 millimetr, eni – 1900 millimetr, hündürülüyü isə, 1450 millimetrdir. Təkər bazasının ölçsü 2928 millimetr təşkil edir.

Zeekr 007 modeli piyadalar və digər sürücülər üçün müxtəlif mesajları göstərən xarici əyri LCD panelə malikdir. Sedanın onlarla əlaqə saxlaya biləcəyi xarici dinamik də var: çox güman ki, Zeekr bu cəhəti Tesla şirkətindən götürüb. Yeri gəlmişkən, amerikan istehsalçısı təhlükəsizlik səbəbiylə bu dinamikin istifadəsini məhdudlaşdırmalı olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik sedanının təchizatına ADAS kompleksi, Zeekr Pilot (NZP) avtopilotu, çoxlu sensorlar, lidar, 12 yüksək icazəli kamera və eyni sayda ultrasəs radarı daxildir. Bu məlumat massivi Nvidia Orin X çipi tərəfindən emal olunur.

Ən ucuz Zeekr 007 modeli 209 900 yuana (50 300 manat), ən uzunmənzillisi - 259 900 yuana (62 300 manat), ən sürətlisi isə, 299 900 yuana (71 800 manat) başa gələcək. Elektrik sedanının müştərilərə çatdırılmalarına yanvarın 1-də start veriləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.