Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton Barselonada keçirilən mövsümöncəsi testlərin ilk hissəsinin final gününü lider olaraq tamamlayıb.

Testlərin bitməsinə bir saat qalmış britaniyalı Medium şinləri ilə ən yeyin zamanı – 1.19,333 qeydə alıb. Müqayisə üçün keçən ilki birinci hissədə digər Mercedes pilotu Valtteri Bottas Ultrasoft şinlərində 1.19,705 zamanını göstərmişdir. Günü ikinci tamamlayan McLaren pilotu Stoffel Vandorn özünün ən yaxşı dövrəsini ən yumşaq Hypersoft şinlərində göstərsə də, liderə 0,521 saniyə uduzub. İlk üçlüyü Ferrari komandasının alman pilotu

Sebastyan Fettel tamamlayıb. Alman pilot əksəriyyət kimi özünün ən yeyin zamanını Soft şinlərində göstərib.

Dördüncü nəticəni Fetteldən 0,076 saniyə geridə qalan Haas pilotu Kevin Maqnussen aktivinə yazdırıb. Nahardan sonra Stoffel Vandornu əvəz etmiş Fernando Alonso liderdən 1,5 saniyə geridə qalaraq beşinci olub. Qət edilmiş məsafəyə görə lider  Toro Rosso pilotu Pyer Qasli olub. O, Katalunya avtodromunda 147 dövrə vurub.

Barselonada ən az dövrə vuran pilot isə RBR pilotu Maks Ferstappen olub. Hollandiyalı 35 dövrə vuraraq, 12-ci döngədəki səhvindən sonra testləri çınqıllıqda başa vurub.

Barselonadakı testlərin ikinci hissəsi 6-9 mart tarixlərində keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt