Red Bull Racing komandasının avstraliyalı pilotu Daniel Rikkardo Barselonada keçirilən mövsümöncəsi testlərinin ilk gününü lider olaraq tamamlayıb.

Rikkardonun səhər sessiyasının bitməsinə az qalmış göstərdiyi 1,20.179 zamanı keçilməmiş qalıbdır. Avstraliyalı pilot bu zamanı ən yeyin olmayan Medium şinlərində qeydə alıb. İkinci nəticəni göstərmiş Valtteri Bottas da Meduim şinləri ilə ən yaxşı zamanını qeydə alıb.

Günün ikinci yarısında ilk dördlük dəyişməyib. Buna səbəb havanın soyuması və damalı bayrağın dalğalanmasından öncə başlayan kiçik yağış olub. Beləliklə, ilk üçlüyü Ferrari pilotu Kimi Rəykkonen tamamlayıb. Niko Hülkenberq dördüncü, səhərki qəzasından sonra trekə qayıdan və 40 dövrə vuran Fernando Alonso beşinci olub.

Səhər sessiyasında sınaqlara başlayan pilotlar günün sonunda sıralamanın ikinci hissəsində yerləşiblər. Qüvvədə olan dünya çempionu Lyuis Həmilton 25 dövrə vuraraq yeddinci nəticəni göstərib. Günün protokolunu rusiyalı pilotlar Nikita Mazepa və Sergey Sirotkin tamamlayıblar. Williams komandasının yeni pilotu 27 dövrə vursa da layiqli nəticəni göstərə bilməyib.