Barselonada keçirilən mövsümöncəsi testlərinin ilk günü zəngin hadisələr ilə bol olub. Haas F1 komandası fotosessiya təşkil edib, Toro Rosso və Force India 10 dəqiqəlik aralıq iləyeni avtomobillərini təqdim ediblər.

Səhər saat doqquzda isə qarajlarda mühərriklər çalışıb. Lakin, testlər 10 dəqiqəlik geçikmə ilə başlayıb və ilk sessiya 10 dəqiqə gec bitib. Komandalar işlərini sistemlərin yoxlanılması və aerodinamik elementlərin qiymətləndirilməsi ilə məhdudlaşdırıblar. Hazırda məlumatların toplanması vacib olduğundan avtomobillərin əksər hissəsi trekə aerodinamik vericilər ilə çıxıblar. Keçən ilki bolidlər ilə yeniləri arasında fərqin az olduğunu nəzərə alsaq, testlərdə etibarlılıq ətrafında problemlərin olması gözlənilmir. Yeni avtomobillər xeyli məsafə qət etsələr də, qəza və nasazlıqlarsız ötüşməyib.

Səhər sessiyası iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Birinci saatın sonunda Fernando Alonso arxa təkərlə yaşadığı problem nəticəsində trekdən çıxıb. Avtomobil zədə görmüş, ispan pilot üç saat itirdikdən sonra sessiyanın sonunda trekə qayıdıb.

Üçüncü saatda isə Force India komandasının təmsilçisi rusiyalı Nikita Mazepin dördüncü döngədə çınqıllığa girib. Günün ilk yarısının protokoluna Red Bull Racing pilotu Daniel Rikkardo başçılıq edib. İkinci  Valtteri Bottas (Mercedes), üçüncü isə Kimi Raykkonen (Ferrari) olub. 

Image alt Image alt Image alt Image alt Image alt