Jalopnik saytına müsahibə verən Alpina atelyesinin rəhbəri Andreas Bofenzipen, BMW rəhbərliyinin onlara i8 sportkarını təkmilləşdirməyi qadağan etdiyini bildirib.

Alpine mühəndisləri dördsilindrli turbomühərriklə təchiz edilmiş BMW i8 modelininin prototipini inşa etməyə müvəffəq olublar. Lakin, bu alman markasının rəhbərliyinin heç də xoşuna gəlməyib və Alpine atelyesinin başçısına belə avtomobilin «yaşıl» i subbrendinin fəlsəfəsinə uyğun gəlmədiyi bildirilib.

Bofenzipen atelye mütəxəssislərinin sportkarın üçsilindrli turbomühərrikini dördsilindrli variantla əvəzləmək üçün arxa rama altlığını modifikasiya etdiklərini söyləyib. Bundan sonra, BMW i8 modelinin hibrid güc qurğusunun hasilatı 460 at qüvvəsinə qədər artıb. Bu standart avtomobildə olduğundan 100 at qüvvəsi çoxdur.

Lakin, əldə edilən nəticə BMW rəhbərliyinin narazılığına səbəb olub, çünki kupe birbaşa M-modellərinə rəqib ola bilərdi. Üstəlik, buraxılış sisteminin çıxış borularının «gözə girməsi»  münhenliləri qıcıqlandırıb.

BMW i8 kupe və rodsteri 1,5-litrlik üçsilindrli turbomühərrikin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğunun hasilatı 374 at qüvvəsi və 570 Nm təşkil edir. İlk «yüzlüyə», hibrid 4,4 saniyəyə sürətlənir.