BMW qrupunun peşə məktəbinin tələbələri hər il keçirilən BMW Motorrad Days sammiti çərçivəsində nümayiş etdirəcəkləri pikapı təqdim ediblər. Pikap BMW X7 krossoverinin bazasında inşa edilib. Bununla belə, istehsalçı pikapı seriya şəklində buraxmaq niyyətində deyil.

X7 pikapının yaradılması layihəsi doqquz ay çəkib və avtomobilin üzərində 12 tələbə işləyib. Krossoverin pikapa çevriləməsi üçün, ilkin olaraq, onun kuzovunun arxa hissəsi sökülüb və yerinə BMW F 850 GS motosiklinin daşınması üçün uyğun gələn xüsusi yük platforması quraşdırılıb. Platformanın döşəməsi tik  ağacı ilə örtülüb. Baykın bərkidilmə nöqtələri və dəstəklər 3D-çap üsulu ilə hazırlanıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Damın bir hissəsi, arxa qapıların üzlüklərini və yük platformasının açılan qapısı karbonla gücləndirilmiş plastikdən hazırlanıb. Dəyişikliklər avtomobilin çəkisini 200 kq azaltmağa imkan verib. Pikap beş nəfəri və uzunluğu 200 sm olan yükləri daşımaq qabiliyyətindədir.

BMW X7 pikap 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin turbomühərriki ilə təchiz edilib. Avtomobilin dinamik xüsusiyyətləri açıqlanmayıb.