BMW şirkəti M4 kupesinin Fransadakı Mani-Kur yarış trekinə həsr edilmiş xüsusi variantını təqdim etmişdir. Xüsusi variantın qiyməti 180 min avrodur və avtomobil alan şəxs onun ilə birlikdə 199 at qüvvəli BMW 1000 RR sportbaykına və BRM markasından olan qol saatına sahib olacaqdır.

Qeyd etmək lazımdır ki, təklif edilənlərin hər üçü eyni rəng üslubuna malikdir. BMW M4 kupesinin xüsusi variantı Competition Package idman dəsti ilə birlikdə təklif edilir. Bu dəst kupenin 3,0-litrlik altı silindrli TwinTurbo mühərrikinin gücünün 450 at qüvvəsinə qədər artırılmasını nəzərdə tutur. Bundan başqa, kupe təkmilləşdirilmiş arxa aktiv M-differensialı və idman buraxılış sistemi, başqa yayları olan adaptiv asma, amortizator və köndələn sabitlik stabilizatoru ilə təchiz edilir.

Yerindən 100 km/saat sürətini toplamağa xüsusi seriyadan olan kupeyə dörd saniyə kifayətdir. Bu adi M4 kupesində olduğundan 0,1 saniyə yeyindir. «Qaynar» kupe ilə birlikdə  keçən il təqdim edilmiş yenilənmiş 1000 RR sportbaykı da təklif edilir. Sportbayk trekşn-kontrol, ABS sistemi və pulsuz opsiya kimi təklif edilən sərnişin oturacağı ilə təchiz edilir. Xüsusi variant yalnız Fransada yaşayan müştərilər üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Fransada Competition Package dəstli BMW M4 kupesinin satış qiyməti 92 min avrodur. BMW 1000 RR baykı isə 17,6 min avroya satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt