Audi şirkəti 2018-ci ilin sonuna kimi altı yeni «qaynar» modeli buraxmaq niyyətindədir. Bu barədə Cenevrə avtosalonunda CarAdvice dərgisinə verdiyi müsahibəsində Audi Sport bölməsinin rəhbəri Stefan Vinkelmann bildirmişdir.

Vinkelmann markanın yeni RS modelləri olan RS3 sedanı və RS5 kupesinin planlaşdırılmış səkkiz yeni avtomobildən ikisi olduğunu bildirmişdir. Top-menecerin fikrincə, çox sayda «qaynar» modellərin buraxılması Audi Sport bölməsinə bütün dünya üzrə yeni müştərilərin cəlb edilməyə, «əsl brendə» çevrilməyə, həmçinin «qlobal oyunçu» olmağa yardım edəcəkdir. Bununla belə, Audi Sport rəhbəri hazırlanan RS modelləri barədə məlumat verməkdən imtina etmişdir.

Audi RS5 Coupe

 Çox güman ki, bu avtomobillər RS5 Cabriolet və RS Sportback modelləri, həmçinin Q5 və Q3 krossoverlərinin «qaynar» variantları olacaqdırlar. Daha bir yeni avtomobil Audi RS4 Avant universalı olmalıdır. Hansı modelin altınıc olacağı hələlik sirr olaraq qalır. Bir müddət bundan əvvəl Vinkelmann Audi şirkətinin hiperkar buraxmaq haqqında fikirləşdiyini bildirmişdi. O, belə avtomobilin buraxılması halında onun məhdud sayda istehsal ediləcəyini və çox yüksək qiymətə malik olacağını da söyləmişdi.

Audi RS3 sedan