Məşhur Mansory atelyesi Cenevrədə keçirilən avtosalonda Billionaire (Milyarder) adlandırdığı layihəni təqdim edib.”Milyarder” xüsusi olaraq hazırlanmış Rolls-Royce Cullinan ofrouderidir. Atelye cəmi 13 ədəd Billionaire modelini buraxacağını bəyan edib. “Miyaderə” sahib olmaq üçün 785 min avro ödəmək gərəkdir.

Avtomobil krossoverin hazırlanmasında bilavasitə iştirak etmiş, alman lyuks geyim istehsalçısı olan Billionaire markasının şərəfinə adlandırılıb. Markanın loqotipləri oturacaq başlıqlarında və qapı panellərində həkk olunubdur. Dirsəkaltılar və oturacaqların yan hissəsi timsah dərisi ilə üzlənmiş, interyerin digər hissələrinin tərtibatı üçün isə, ağ dəridən istifadə edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, atelye krossover üçün ön bamperdəki genişləndirilmiş hava girişləri, karbondan spoyleri, iri diffuzoru, genişləndirilmiş təkər tağları və kandarları olan aqressiv aerodinamik kuzov dəstini hazırlayıb. Krossover buraxılış sisteminin düzbucaqlı dörd çıxış borusuna və 295/30 ölçülü şinləri olan 24-düymlük təkər disklərinə sahib olub.

Billionaire modelinin 6,75-litrlik V12 mühərrikinin gücü 40 at qüvvəsi, fırlanma anı isə 100 Nm artırılıb. Nəticədə, aqreqat 611 at qüvvəsi və 950 Nm hasil edir. 100 km/saat həddini “Milyarder” beş saniyədən az müddətə toplayır. Onun maksimal sürəti 280 km/saatdır.