Volvo XC60 krossoveri yolda yaranmış maneələrdən yan keçə biləcəkdir. Təkmilləşdirilmiş City Safety təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilmiş avtomobilin təqdimat mərasimi qarşıdan gələn Cenevrə avtosalonunda keçiriləcəkdir.

Yeni təhlükəsizlik sistemi, avtomatik təcili əylənmə sisteminin toqquşmanı önləmək şansını əldən verdiyini aşkar edərsə, dərhal idarəetməyə müdaxilə edəcəkdir. Bu funksiya 50 - 100 km/saat sürətlərində çalışaraq və nəinki avtomobillərlə, hətta piyada və iri heyvanlarla toqquşmanı önləyəcəkdir. Bununla belə, elektronika idarəetməyə tam nəzarət etməyəcək, yalnız istiqaməti göstərərək «sükanı döndərməyə» yardım edəcəkdir. Əlavə olaraq, sistem qarşı tərəfdən gələn və ya «kor» zonalarda olan avtomobillərlə toqquşmanı aradan qaldırmaq üçün avtomobili öz zolağına qaytaracaqdır. Bu funksiya 140 km/saat sürətinə kimi fəaliyyət göstərməyə qadirdir. 

Artıq bir müddətdir Volvo şirkəti yeni krossover ətrafında marağı qızışdırmaq üçün müxtəlif tizerlər dərc etməklə məşğuldur. Bu tizerlərdə avtomobilin qabarıtləri və işıq texnikası nümayiş etdirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt