Ferrari şirkətinin Palm-Biçdəki diler mərkəzinin keçmiş əməkdaşı Robert Rut işlədiyi şirkəti satılmış avtomobillərin yürüş göstəricisini geri çəkdiyini iddia edir. O, eyni zamanda, istehsalçının bu məsələdən xəbərdar olduğunu da iddia edir. Rutun sözlərinə görə, bu fırıldağın əsas məqsədi avtomobillərin dəyərinin yüksəldilməsidir.

«Daily Mail» nəşrinin araşdırması nəticəsində Rutun keçmiş işverəninə və onun müştərilərinin birinə qarşı iddia ərizəsi ilə çıxış etdiyi aydın olmuşdur. Yetmiş bir yaşlı Robetr Rut şirkəti yaşla əlaqədar diskriminasiyada, müştərini isə diler mərkəzinin mexaniklərinin birinə pul verərək öz avtomobilinin yürüş göstəricisini geri çəkməkdə ittiham edir. Keçmiş satış meneceri yürüş göstəricisinin nəinki Floridadakı dilerlər tərəfindən, hətta başqa ştatlardakı dilerlər tərəfindən də çəkildiyini bildirmişdir. Rutun sözlərinə görə o, yürüşün geri çəkilməsi təcrübəsindən xəbərdar olduqdan sonra işdən kənarlaşdırılmışdır. O, «Deis Tester» adlı qurğunun köməyi ilə nəinki yürüş göstəricisinin azaldıldığını, hətta sıfıra da endirməyin mümkün olduğunu iddia edir. Bu fırıldaq nəticəsində Ferrari superkarlarının qiymətini milyon dollar məbləğində artırmaq mümkündür. Robert yürüş göstəricisinin dəyişdirilməsini simsiz rabitə vasitəsilə Ferrari şirkətinin baş ofisi ilə razılaşdırıldığını idda etmişdir. Ferrari şirkətinin rəhbərliyi vəziyyətə aydınlıq gətirməkdən imtina etmişdir.  Xatırladaq ki, yürüş göstəricisinin dəyişdirilməsi ABŞ-da federal cinayət sayılır.