Qapılarını ziyarətçilərin üzünə açmış Çikaqo avtosalonunda Toyota şirkəti, TRD Racing bölümü tərəfindən hazırlanmış Tundra pikarını və onunla eyni bazada yığılan Sequoia ofroderini modifikasiyalarını təqdim etmişdir.

Tundra və Sequoia modelləri üçün nəzərdə tutulmuş təkmilləşdirmələr dəsti TRD Sport adlandırılmışdır. Bu dəstin tərkibinə yeni bamper və radiator barmaqlığı, yan güzgülərin korpuslarının yeni tərtibatı, 20-düymlük təkər diskləri, Bilstein amortizatorları, köndələn sabitlik stabilizatorları və kuzovla salonda həkk edilmiş TRD emblemləri daxildir. Ofroderlərin “idman” variantları yalnız 386 at qüvvəli 5,7-litrlik sıkkiz silindrli mühərrik ilə təchiz edilir. Avtomobillər arxadan və ya tam çəkişli ola bilərlər. Yenilənmədən sonra avtomobillər işıqdiodlarından hazırlanmış ön fənərlərlə, adaptiv kruiz-kontrol və avtomatik uzaq işıqlar ilə təchiz ediləcəkdirlər. Bundan başqa, Sequoia yeni cihazlar panelini əldə edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt