Bir müddət bundan əvvəl DS markasını daşıyan yeni krossoverin cəsus fotoşəklinin dərc edildiyi barədə məlumat yaymışdıq. Bu günlərdə yeni krossoverin yeni fotoşəkilləri də yenidən peyda olmuşdurlar. Krossover əvvəl də olduğu kimi kamuflyajsiz halda küçələrdə hərəkət edir. Bu təsvirlərdən də göründüyü kimi yeni krossover Citroen DS7 Crossback adlandırılmışdır.

Xatırladaq ki, yeni avtomobilin ilk görüntülərini DS markasının başçısı İv Bonnefon yaymışdır. O, avtomobilin elektron cihazlar paneli, sükan və qapı panellərinin tərtibatı da daxil olmaqla interyerinin detallarını göstərmişdir. Yüksək vəzifəli menecer həmçinin avtomobilin avtonom idarəetmə sisteminə və 21 əsrin unikal DS-asmasına malik olduğunu yazmışdır. Söhbət fransız istehsalçısının hidropnevmatik asmanı əvəzləyəcək yeni hazırlanan sistemindən gedir.

İlkin məlumatlara əsasən, DS markalı yeni avtomobil EMP2 modul platformasında yığılacaqdır. Krossover tərkibinə 1,5-litrlik dizel mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Krossoverin ən güclü modifikasiyası 240 at qüvvəli mühərriklə təchiz ediləcəkdir. Yeni DS krossoveri fransız istehsalçısına Audi Q5 və BMW X4 modelləri ilə rəqabət aparmaq şansı verməlidir.

Krossoverin Avropa bazarında da satılması planlaşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt