Yaponiyada yerləşən DAMD tüninq atelyesi keçən il vətənində «Ilin avtomobili» seçilmiş Mazda MX-5 Miata rodsterini təkmilləşdirmək qərarına gəlmişdirlər. Dark Knight («Qara cəngavər») adını almış rodster daha aqressiv görkəmə malik olmuşdur. Əlbəttə, yapon mütəxəssisləri avtomobilin görkəmini daha aqressiv etsələr də, yenilənmələr fövqalədə xarakter daşımır. Bundan əlavə, mütəxəssislərin əllərindən keçmiş rodster çox da futurustik görkəmə malik deyildir.

Yaponiyalı mütəxəssislər rodsteri iri splitteri olan ön bamperlə təchiz etmişdirlər. Gümüşü rənqli bərkitmələrə malik olan qara rəngli splitter tünd-qırmızı işləmələrlə seçilir. Digər bir gözəçarpan elementin baqaj bölməsinin qapağında bərkidilmiş spoylerin olduğunu söyləmək gərəkdir. Bundan əlavə, rodster yeni yan kandarlarla və arxa bamperdə quraşdırılmış diffuzorla da təchiz edilmişdir.

Rodsterin salonunda qara dəri və qırmızı saplardan tikişləri olan zamşa ilə üzlənmiş oturacaqları müşahidə etmək olar. Əlamətdar bir haldır ki, DAMD tüninq atelyesi çəkdiyi əziyyəti 146700 - 201600 yen (2000 - 2800 manat) arasında qiymətləndirmişdir Qeyd etmək lazımdır ki, göstərilən xidmətin dəyəri birbaşa seçilmiş materiallarla əlaqədardır. Sifarişçi, misal üçün, cibinə uyğun olaraq şüşəplastik və karbon arasında seçim etmək imkanına malikdir.

Misal üçün, qabaq splitterin dəyəri 38000 yen edir ki, bu da 530 manata bərabərdir. Arxa diffuzorun dəyəri 35000 yen təyin edilmişdir ki, bizim pula çevirdikdı 490 manat edir. Hər bir detalın rənglənməsi üçün isə, 10000 yen (140 manat) ödəmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt