Klassik avtomobillərin satıcısı olan fransız Jean Lain Vintage şirkəti satışa Group B ralli qrupunda çıxış edən əfsanəvi Lancia Delta modelinin omoloqasiya variantı olan Delta S4 Stradale modelini çıxarıbdır.

Odometrində 784 kilometrlik yürüş olan yarış avtomobilinin ümumi yollar üçün modifikasiyasına 500 min avro qiymət təyin edilib. FIA-nın reqlamentinə əsasən 200 ədəd belə avtomobil buraxılıbdır. Lancia Delta S4 Stradale modelinin əsasını xrommolibden borulardan hazırlanmış və alüminium ilə gücləndirilmiş elementləri olan rama təşkil edir. Avtomobilin kuzov panelləri şüşəplastikdəndir.

Otramühərrikli avtomobildə elektron çiləmə və alışma sistemi, kompressor və turbokompressor ilə təchiz edilən 1,8-litrlik dörd silindrli mühərrik quraşdırılıbdır. Mühərrik 250 at qüvvəsi və 291 Nm fırlanma anı hasil edir. Yarış avtomobilində bu mühərrik 480 at qüvvəsinə malik olub. Bundan başqa, Lancia Delta S4 Stradale üç differensialı olan tam çəkiş sistemi ilə də təchiz edilib. Oxlararası differensial fırlanma anını oxlar arasında 30:70 nisbətində arxa oxun xeyrinə bölür. Ön differensial - açıq, arxa - özüqapanandır.

Avtomobil 100 km/saat sürətini altı saniyəyə toplayır və 225 km/saat maksimal sürət həddinə malikdir. Modelin təchizatına kondisioner, bortkompyüter, sükan gücləndiricisi, səs izolyasiyası və salonun alkantara ilə üzlənməsi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt