Scuderia Ferrari komandasının fanatları 17 fevral tarixini səbirsizliklə gösləyirdilər. Nəhayət, gözlənilən gün çatdı və tiffosilərin ümidi olan yeni Ferrari F1-75 avtomobili işıq üzü gördü. Doğrudur, Ferrari avtomobilinin şəkli təqdimatdan bir gün öncə Şəbəkəyə sızdırılsa da, bu yeni F1-75 boldinə olan marağı azalda bilməzdi.

Yeni avtomobilin qırmızı-qara rəngli livreyaya malik olacağı heç kimdə şübhə doğurmurdu: pilotların əvvəlcədən təqdim edilmiş uniformalarının rəngi buna işarə edirdi. Təqdimat onlayn rejimində keçirilidi və tədbirdə komandanın başçısı Mattia Binotta, habelə pilotları Şarl Lekler və Karlos Sayns iştirak etdilər.

Yeni bolidin konstruksiyasında diqqət cəlb edən elementlər arasında pontonlardakı dərin çökəyi və ən nazik ön qanadı göstərmək olar. Ən maraqlısı isə, gözlənilənlərin əksinə olaraq ön asqının sxemi dəyişdirilməyib. Keçən ilki bolidlə müqayisədə F1-75 qara rəngli antiqanadı və Halo sistemi ilə seçilir.

Ən maraqlı element isə sökülə bilən ön hava yönləndiricisidir. Ənənəvi olaraq bu bütöv elementdən ibarətdir, lakin Ferrari onu iki hissədən ibarət olan sökülən element şəklində hazırlayıb. Yönləndiricinin əsas hissəsi monokoka bərkidilir, qaydalara əsasən passiv təhlükəsizlik elementidir və onun uyğunluğu keçirilən krəş-testlər vasitəsi ilə təsdiq edilməlidir. Ənənəvi olaraq, hava yönləndiricisi ön qanadla birlikdə vahid elementi təşkil edir.

Lakin Scuderia hava yönləndirisinin ön hissəsini əsas hissədən ayrılan edib. Aşağıda təhlükəsizlik elementləri olmadığı üçün,ön yönləndiricinin ucluğunun ayrıca krəş-testlərdən keçirilməsi tələb edilmir. Mövsüm boyu çoxsaylı yeniliklərin tətbiqini nəzərə alsaq, Scuderia Ferrari komandasına onları tətbiq etmək daha asan olacaqdır. Üstəlik, büdcənin məhdud olduğunu nəzərə alsaq, bu maliyyə cəhətdən də sərfəlidir. Nəhayət, qəza zamanı ön yönləndiricini bütövlüklə dəyişmək gərək olmayacaq.

Lakin yeni Ferrari F1-75 modelindəki innovasiyalar bununla bitmir. Sökülə bilən ön hava yöndəndiricisi ilə yanaşı, bolid ikiqat altlığı ilə də seçilir. Üstəlik, bu konsepsiya Ferrari tərəfindən ən yüksək səviyyədə mükəmmələşdirilib. Ponton və kandarlar arasındakı tunellər kəskin şəkildə yuxarıya, bolidin arxa hissəsinə tərəf qalxaraq, ahava axınını arxa antiqanada doğru yönləndirirlər.

Eyni zamanda, Ferrai bolidi ikiqat altlıqları olan avtomobillərdən (Alfa Romeo, Aston Martin) bir qədər fərqlənir. F1-75 bolidinin yan pontonlarıı orta səviyyədən aşağıda başlayırlar. Bu aerodinamik boruda aparılmış çoxsaylı işlərin birbaşa nəticəsidir: pontonların aşağısında, radiatorların hava kəsiklərinin bitdiyi yerdə arxadakı diffuzorlara bənzəyən daha bir "şüşə boğazını" görmək olar. Bu element avtomobilin ən vacib xüsusiyyətlərindən biridir və uzun müddətli tədqiqatların nəticəsidir.

Komandanın bildirdiyinə görə, belə konstruksiya arxa oxu 7% əlavə yerəbasma gücü ilə təmin edir. Doğrudur, bu hesablamalar hələ real yarış trekdə keçiriləcək sınaqlar zamanı təsdiqini tapmalıdır.

Radiatorların hava girişi hündürdə yerləşir və 2022-ci ilin digər avtomobillərdə olduğundan dar və enlidirlər. Hava girişlərinin altında pontonlar aşağı enərək, ən dar hissəsi avtomobilin mərkəzində olan ikinci altlığın kanalını meydana gətirir və altlıqdakı Venturi kanallarıın formasını təkrarlayaq sonluğa doğru genişlənirlər. Bir sözlə, ikiqat altlıq vahid altlıqdan daha yaxşıdır.

Pontonların forması radiatorların cərgə ilə düzlənmədiyindən xəbər verir, lakin olan vahid konstruksiyadan ibarətdirlər. İstisna - mühərrikin qapağının altında yerləşən hibrid güc qurğusunun batareyasının soyutma sistemidir.

Ferrari pilotun arxasında yerləşən hər şeyi əsaslı şəkildə dəyişib. Gözləndiyi kimi, hava girişi üçbucaqlı formaya malikdir, lakin əvvəlki illərdə görüdüyümüzdən daha yığcamdır. Reqlamentə əsasən onun üzərində videokamera yerləşir. Kameranın yan tərəflərində quraşdırılmış iki deflektor da diqqəti çəkir: onlar vikinq dəbliqəsindəki buynuzları xatırladırlar. Əlbəttə ki, pilotun başını müdafiə sistemləri də öz yerlərində qalıblar.

Mühərrikin qapağı qəribə formaya malikdir və hava girişinin arxasında hündür “pipik” yerləşir: buna bənzər elementi Alfa Romeo bolidində də görmək olar. Bundan başqa, DRS mexanizminin bərkidildiyi pilonlarda əlavə havalandırma dəlikləri var. Burada əvvəlki kimi qaz boğazını xatırladan bir pilon deyil, iki pilon var.

Arxa antiqanad da maraqlı konstruksiyaya malikdir. Onun hərəkətsiz hissəsi güclü şəkildə aşağıya doğru əyilərək mərkəzdə birləşmiş iki qaşığa bənzəyir. Formaca tapancaya bənzəyən DRS sisteminin aktuatoru da qeyri-adi görünür. Bununla belə, aşağı planka elə bir formaya malikdir ki, bağlı halda hava axının əksər hissəsi istənilən halda aşağı və yuxarı səthlər arasındakı standart yarıqdan üfürülür.

Arxa oxda keçən ilki çəkib uzadan ştanqalı sxem qorunub saxlanılıb, lakin asqının kinematikası yeniləndiyinə görə, qollar bir qədər irəli çəkiliblər. Bununla belə, Ferrari konstruktorları digər komandaların etdiyi kimi, prinsipcə yeni bir şey fikirləşməyiblər. Ön asqı da təkanverici ştanqaları olan sxemi qoruyub saxlayıb. Həmişə olduğu kimi, bu aerodinamika ilə əlaqəlidir – belə sxem yuxarıda yerləşən qollar sayəsində hava axınının avtomobilin altına daha yaxşı keçməsini təmin edir.

Burun hava yönləndiricisi hava müqavimətini azaltmaq üçün çox uzun və nazik yaradılıb. Üstəlik, aşağıda o daha yastı hala gəlir. Yönləndirici qanadın böyük aşağı plankasına bərkidilir. Belə qanad havanı bölərək, onun altlıqdakı Venturi kanallarına axmasını təmin edir. Lakin ən əsas yenilik, yuxarıda qeyd etdiyimiz kimi, bölünən ön hava yönləndiricisidir. İki hissədən ibarət olan hava yönləndiricisi müxtəlif modifikasiyada olan qanadların istifadəsini asanlaşdırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön qanadın özü bu il gördüklərimizdən hər cəhətdən fərqlidir. Qalan komandalar kiçik alt plankası, yuxarıdakı böyük bölməsi, tənzimlənən üçüncü və dördüncü bölmələri olan sxemə üstünlük verdikləri halda, Ferrari bolidində alt planka ən böyük formaya malikdir və ondan sonrakılar isə azalan ardıcıllıqla düzülür.

Razılaşmaya bilərsiniz, lakin F1-75 2022-ci ilin indiyə qədər gördüyümüz digər avtomobillərindən mütləq şəkildə fərqlənir. Bu cəsarətli bir konsepsiyadır, amma onun necə işləyəcəyi hələlik sual altındadır. Scuderia Ferrari komandasının mühəndisləri aerodinamik tuneldə əla nəticələr əldə etdiklərini deyirlər, lakin bütün bunlar yarışlarda təsdiqlənməlidirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.