Beynəlxalq avtomobil federasiyası (FIA) asqı ilə sükan idarəetməsinin birgə işləməsi sistemini qadağan edərək Formula 1 çempionatının texniki reqlamentində olan boşluğu ləğv edib.

Bü mübahisəli sistem Londonda keçirilən texniki iclasda müzakirə edilib. Lakin, komandaların onun texniki effektivliyi barədə olan fikirləri müxtəlif olub. Texniki reqlamentdə olan və avtomobilin aerodinamikasına təsiri qadağan edən maddəni rəhbər tutaraq, FIA 2018-ci ildə sükanın hərəkəti zamanı asqının hündürlüyünün azalması həddini 5 millimetrə qədər məhdudlaşdırıb.

“Mövsüm boyu məlum olmuşdur ki, bəzi komandalar avtomobilin ön tərəfinin hündürlüyünü azaltmaq məqsədi ilə, asqı ilə sükan idarəetməsinin birgə işləməsi sistemini yaradıblar, - Çarli Uaytinq bildirib. – Sükanın dönməsi samanı hündürlüyün dəyişməsi labüd olsa da, bir sıra avtomobillərdə bu effektin həddindən artıq olduğundan şübhə edirik.

Red Bull bolidinin asqı sistemi. Qırmızı oxla hiyləgər sistemin təkanvericisi işarələnib

Üstəlik bu təsadüfi deyildir. Deməli, asqının hündürlüyünün gözlənilməyən dəyişikliyi, çox güman ki, avtomobilin aerodinamik xarakteristikalarına təsir göstərir”.

Beləliklə, mövsüm arasında komandalar hazırladıqları layihələrə müvafiq dəyişiklikləri etməlidirlər. Əks halda onların avtomobilləri 2018-ci ilin texniki reqlamenti pozmuş olacaqdırlar.