Mixael Şumaxerin meneceri Sabina Kem Formula 1 üzrə yeddiqat dünya çempionunun zədədən əvvəl kütləninin nəzərindən yayınmaq arzusunda olduğunu bildirib.

Sabina kemin söylədiyinə görə, əfsanəvi pilotun vəziyyəti barədə məlumat verilməməsinin əsas səbəblərindən biri də budur. “Hadisədən bir müddət öncə Mixael mənə belə dedi: “Mənə zəng edib planlarım haqqında soruşma, mən yox olmaq istəyirəm”. Bu onun gizli arzusu idi. Buna görə də indi heç nə söyləyə bilmərəm”, - Kem L’Equipe nəşrinə müsahibəsində bildirib. Keçən ilin dekabrında yeddiqat dünya çempionunun Meribel dağ-xizək kurortundakı qəzasından dörd il ötür.

2013-cü ilin avqustunda idmançı, bir neçə aylıq komadan və Lozannanın reabilitasiya mərkəzində keçirdiyi vaxtdan sonra evinə qayıtmışdı. O gündən əfsanəvi pilotun sağlamlıq durumu barədə heç bir məlumat yoxdur.

Üç il müddətində Şumaxerin ailəsi onun müalicəsinə 16 milyon avro xərcləyib. Lakin, şaiyələrə inansaq, Mixaelin vəziyyəti dəyişilməz qalır.