Fisker şirkəti Las-Veqasda keçirilən İstehlak elektronikasının sərgisində (CES) Ocean krossoverini nümayiş etdirib. Elektrik güc aqreqatı ilə hərəkətə gələn krossover 37,5 min dollara satılacaqdır. Krossover bir sıra qeyri-adi opsiyaları təklif edir: məsələn, karaoke, damdakı günəş paneli və “kabriolet rejimi”.

Fisker Ocean haqqında aşağıdakılar məlumdur: elektromobil iki elektrik mühərriki və 80 kVs tutumu olan batareya ilə təchiz edilir. Krossoverin yürüş ehtiyatı 480 km təşkil edir. Model bir neçə versiyada təklif ediləcəkdir ki, bunların arasında mono və tamçəkişli variantlar da olacaqdır. Yeni məlumata görə, elektrokar yerindən 97 km/saata 2,9 saniyəyə sürətlənəcəkdir. Müqayisə üçün, ikimühərrikli Tesla Model Y krossoveri bu işə 3.7 saniyə sərf edir.

Adı çəkilən Tesla modelində olduğu kimi, Fisker Ocean modelinin ön panelinin mərkəzində iri şaquli ekran tutur. Displeyin altında isə beş düymə yerləşir. Krossover eyni zamanda virtual cihazlar panelinə və mahnıların sözləri əks etdirilən proyeksiya displeyinə sahib olub.

Karaoke ilə yanaşı “Okean” modeli damda quraşdırılmış günəş panelinə də malik olub - şirkətdən bu funksiyanın krossoveri gündə bir neçə və ya ildə 1,6 min pulsuz kilometr ilə təmin etdiyini bildiriblər. Fisker Ocean krossoverinin standart elektrik yükləmə qurğusu elektrokar sahibinə Volkswagen Electrify America stansiyalarından istifadə etməyə imkan verəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fisker Ocean modelinin təchiz edildiyi daha bir maraqlı funksiya California mode («Kalifornia rejimi») rejimidir. Bu funksiya düyməyə bir toxunuşla yan pəncərələri, panoram tavanı və baqaj qapısındakı pəncərəni açmağa yardım edir.

Yeni krossoverə sifarişlər artıq qəbul edilir. Elektrokarın ABŞ-dakı satışlarına 2022-ci ildə başlanacaqdır.