5.0-litrlik atmosfer V8 mühərriki ilə təchiz edilmiş «bərkgedən» Ford Ranger Raptor bir il ərzində Avstraliya bazarında satışa çıxarılacaqdır. Wheels nəşrinin bildirdiyinə görə, Ford şirkətinin Avstraliya filialı, dizel mühərrikli Ranger modelinin əsasında yüksək məhsuldarlıqlı pikapın yaradılmasına «yaşıl» işıq yandırıb. Buna görə də, «bərkgedən» pikap diler şəbəkəsi vasitəsilə satılacaqdır.

Fordun Avstraliya bölməsinin rəhbəri Mətt Moran, WhatCar nəşrinə verdiyi müsahibədə Ranger modelinin V8 ilə təchiz ediləcəyi barədə məlumatı nə təsdiq, nə də inkar etməyərək, «Ranger Raptor ətrafında hər zaman şayiələrin olduğunu» söyləyib. Bununla belə, «Yaşıl qitədə» Ford məhsullarına olan yüksək tələbat, yerli bölməyə beş illik zəmanəti də saxlamaqla, «bərkgedən» xüsusi versiyaların yerli layihələrini həyata keçirməyə imkan verir.

5.0-litrlik atmosfer mühərrikinə malik olan Ranger Raptor modelləri, 2.0-litrlik EcoBoost dizel «biturbodördlüyü» ilə təchiz edilmiş pikapların əsasında inşa ediləcəkdirlər. 213 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən dördsilindrli mühərrik, Mustang GT idman avtomobilindən tanış olan 5.0-litrlik V8 ilə əvəz ediləcəkdir. V8 mühərrikli Raptor modelinin dəqiq xüsusiyyətləri təsdiqlənməsə də, Avstraliya mətbuatı pikapın 450 at qüvvəsinə və 556 Nm fırlanma anına malik olacağını gözləyir.

Xatırladaq ki, Ford şirkəti hətta ağır F-150 Raptor pikapı üçün də səkkizsilindrli mühərrik təklif etmir. Şirkət cari nəsil Raptor modelini yalnız V6 EcoBoost altısilindrli turbomühərriklə təchiz edir.

Mənbə: WhatCar