Force India komandası aparıcı alman yağlama materialları istehsalçısı olan Ravenol şirkəti ilə əməkdaşlıq haqqında müqavilə bağlayıb.

Ravenol şirkətinin loqotipləri, qeyri-rəsmi məlumatlara görə 25 fevral tarixində təqdim ediləcək VJM11 avtomobilinin yan deflektorlarında çəkiləcəkdirlər. “Mən Revanol şirkətini komandamızın adından salamlamağa çox şadam, - Force India komandasının mətbuat xidməti Vicey Malyadan sitat gətirib. – Biz əməkdaşlığımızın uğurlu olacağına ümid edirik. Ravenol şirkətinə onun yüksək keyfiyyətli məhsullarının tanıdılması sahəsində köməklik göstərməyə çalışacağıq”.